Pleyeri seçin:

İndi müharibə daha şiddətli olacaq! | Ukrayna ordunu necə gücləndirir?

07 noyabr 2024 624 baxış

Ukrayna Prezidenti Volodimir Zelenskinin əcnəbi zabitlərin Ukrayna Ordusunda xidmətinə icazə ilə bağlı qanuna dəyişiklik qərarı Ali Radada sürətlə qəbul edildi.

Qərarın mahiyyətində hansı ölkələrdən və hansı statusda əcnəbi hərbçilərin cəlb ediləcəyi açıqlanmasa da, onların Qərbdən gələcəyi xəbərləri dolaşır.

Ali Radanın hakim “Xalqın xidmətçisi” partiyasından olan deputatı Yuri Kamelçuk Baku TV-nin Şərqi Avropa bürosuna bildirib ki, məqsəd Ukrayna Ordusunda son vaxtlar çatışmayan komandir heyətinin təmin edilməsidir.

“Ali Rada tərəfindən səsə qoyulan və prezidentin imzalanan xarici hərbi mütəxəssislərin Ukrayna Silahlı Qüvvələrinə cəlb edilməsi haqqında qanun zabitlərin Rusiyaya qarşı müharibədə xidmətə cəlb edilməsi üçün imkanlar açır. Bu isə o deməkdir ki, Ukrayna Silahlı Qüvvələrini gücləndirəcək təcrübəli komandirlər olacaq. Təəssüf ki, etiraf etməliyik ki, müharibə bir çox ukraynalı zabit və komandirlərimizin həyatına son qoydu. Biz onların sıralarını artırmalıyıq. Əgər söhbət zabit korpusundan gedirsə, bu, artıq uzun illər təcrübəsi olan və Ukraynaya gətirilən təyyarələrdə döyüş tapşırıqlarını yerinə yetirə bilən xarici pilotlara da aiddir”, – deputat əlavə edib.

Hərbi analitik Svetlana Kuşnir vurğulayıb ki, hazırda Ukrayna Qərb koalisiyasının dəstəyinə çox ehtiyac duyur: “Əgər əvvəllər koalisiya bizə silahlanma və texniki məlumat mübadiləsi şəklində kömək edirdisə, indi hərbi qüvvələrlə dəstək, təbii ki, müdafiə olunmağımıza kömək edəcək”.

Qeyd edək ki, son zamanlar Ukrayna Ordusu cəbhədə, xüsusilə Donbas istiqamətində ciddi geriləməyə məruz qalıb.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 624 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 624 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 624 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 624 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 624 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 624 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 624 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 624 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 624 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 624 baxış
Seçilmişlər
icon