İndi top Zelenski tərəfdədir... | Ağ Ev görüşündən sonra davam edən qalmaqal
Yeniliklərdən dərhal xəbərdar olun
Ağ Ev hesab edir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Venslə mübahisədən sonra vəziyyəti düzəltməlidir.
Bu barədə “NBC News” Tramp administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, Tramp administrasiyası Zelenskidən növbəti addımları gözləyir.
Bununla yanaşı, Ağ Evdən bildirilib ki, görüş zamanı baş vermiş mübahisə planlaşdırılmamışdı və gözləntilərin əksinə baş verib:
“Tramp nadir torpaq ehtiyatları ilə bağlı sövdələşmədə təhlükəsizlik zəmanəti tələbinə görə qəzəblənib. İndi Ağ Ev rəsmiləri deyirlər ki, Zelenskinin Trampı danışıqları davam etdirməyə inandırmaq üçün dəqiq nə edə biləcəyini bilmirlər, lakin bu, hələ də mümkündür. Top Prezident Zelenskinin tərəfindədir. Tramp hesab edir ki, Zelenski danışıqlar masasına qayıtmalıdır və o, gəlib hər şeyi düzəltməlidir”.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
