İrakli Kobaxidzedən təxribat cəhdlərinə reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz Ukraynada həyata keçirilən ssenarinin Gürcüstanda baş verməməsi üçün hər şeyi etdik”.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlaması zamanı bildirib.
“Hər şey 2013-cü ildə “Maydan”la başladı. “Maydan” bitdikdən bir neçə gün sonra 1-ci, daha sonra isə 2-ci müharibə başladı. Nəticədə dost ölkə olan Ukrayna məhv edildi. Ölkə əhalisinin dörddə biri vətənini tərk edib. Yüzminlərlə ukraynalı həlak olub. Onlar ehtiyatlı davranmadıqları üçün bunlarla üzləşdilər. Lakin Gürcüstan cəmiyyəti daha təcrübəlidir. Bu səbəbdən də biz bir çox təhlükədən qaçmağı bacardıq və ilk növbədə ölkəmiz üçün müharibədən can qurtardıq”, – o qeyd edib.
İ.Kobaxidze Litva və Estoniyanın Gürcüstan rəsmilərinə qarşı sanksiyalarla bağlı qərarına da münasibət bildirib. O, baş verənləri təxribat adlandırıb.
“Biz təxribatlara uymuruq və istənilən belə qərara praqmatik reaksiya verəcəyik, lakin qeyd etmək lazımdır ki, bütün bunlar çox təəssüf doğurur. Ümumiyyətlə, hər iki hökumətin öz xalqlarının maraqlarına uyğun deyil, sifarişlə hərəkət etmələri qəbuledilməzdir”, – deyə Gürcüstanın Baş naziri vurğulayıb.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
