İran Asiyada özünə dayaq axtarır | Pezeşkian Çinə dəstəyin önəmindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Məsud Pezeşkian Çin Xalq Respublikasının Sədri Si Cinpinin qlobal idarəetmə təşəbbüsünü güclü şəkildə dəstəklədiyini bildirib.
O bu təşəbbüsü dünyanın daha dinc, təhlükəsiz, ədalətli və bərabərhüquqlu olması üçün mühüm addım kimi qiymətləndirib:
“İran və Çin arasındakı münasibətlər iki qədim sivilizasiya olaraq minilliklərə qədər uzanır. Çin Xalq Respublikasının Sədrinin qlobal təhlükəsizlik və qlobal inkişaf sahəsində irəli sürdüyü təşəbbüslər qeyri-adi əhəmiyyətə malikdir. Bizim etməli olduğumuz şey bu təşəbbüsləri reallığa çevirməkdir. Qlobal idarəetmə təşəbbüsünün həyata keçirilməsi hökumətlər arasında qarşılıqlı əməkdaşlıq və bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət tələb edir. Ümid edirik ki, bu təşəbbüslər praktikada həyata keçiriləcək”.
Qlobal idarəetmə təşəbbüsünün bugünkü dünya üçün əhəmiyyəti barədə danışan İran Prezidenti beynəlxalq hüququn üstünlüyü prinsipinin və qlobal məsələlərdə “ikili standartlara” son qoyulmasının vacibliyini vurğulayıb:
“Müasir dünyada ikili standartlar hələ də mövcuddur. Si Cinpin tərəfindən irəli sürülmüş qlobal idarəetmə təşəbbüsünün ən mühüm cəhətlərindən biri beynəlxalq hüquq normalarına riayət olunmasıdır. Beynəlxalq münasibətlərdə ikili standartlara yol verilməməlidir. İstər varlı və kasıb ölkələr arasında, istər Qlobal Şimal və Qlobal Cənub, istərsə də böyük və kiçik dövlətlər arasında olsun, hamıya bərabər şəkildə yanaşılmalıdır”.
#İran teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
