İran Birləşmiş Ərəb Əmirliklərinə hücum edib?
Yeniliklərdən dərhal xəbərdar olun
İran Birləşmiş Ərəb Əmirliklərinə dörd qanadlı raketlə hücum edib.
Bu barədə Əmirliyin Müdafiə Nazirliyi məlumat yayıb.
“İran tərəfdən Ərəb Əmirliklərinə yaxınlaşan dörd qanadlı raket aşkar edilib. Raketlərdən üçü ölkənin ərazi suları üzərində uğurla vurulub, dördüncüsü isə dənizə düşüb”, – deyə Nazirliyin açıqlamasında bildirilib.
Müdafiə Nazirliyi ölkənin müxtəlif yerlərində eşidilən səslərin raketlərin uğurla ələ keçirilməsinin nəticəsi olduğunu diqqətə çatdırıb.
Hökumət isə Dubayın azad dünya üçün “qırmızı xətt” olduğunu və İranın Birləşmiş Ərəb Əmirliyinə hücum etdiyinə görə peşman olacağını bəyan edib.
“Al Jazeera”in yaydığı xəbərə görə, İranın dron hücumundan sonra Birləşmiş Ərəb Əmirliklərindəki Füceyrədə neft təsisatında böyük yanğın baş verib.
Qeyd edək ki, İran tərəfindən məsələyə hələ ki münasibət bildirilməyib.
#Birləşmiş Ərəb Əmirlikləri teqi istifadə olunub
- Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı | Müdafiə Nazirliyindən vacib məlumat - Baku TV CANLI
- Netanyahunun bir neçə saatlıq səfəri niyə diqqət çəkir?
- Netanyahu özəl təyyarə ilə Əbu-Dabiyə getdi: görüş niyə açıqlanmadı? - Baku TV
- Əvvəlcədən açıqlanmayan səfərdə BƏƏ Prezidenti ilə nə müzakirə olunub? - Baku TV CANLI
- Azərbaycan və BƏƏ arasında mühüm sənədlər imzalandı - Baku TV
