İran İsrailə qarşı əməliyyatları dayandırdı? | Yaxın Şərqdə son vəziyyət - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İran atəşkəslə bağlı ABŞ-yə xəbərdarlıq ünvanlayıb.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın sözlərinə görə, ABŞ və İsrail etimad yaratmaq üçün əsl iradə nümayiş etdirməyənə qədər Tehranın cavabı sərt olacaq.
Yeri gəlmişkən, İranın “Fars” agentliyi ölkənin silahlı qüvvələrinin İsrailə qarşı hərbi əməliyyatları dayandırdığına dair məlumat yayıb.
Qeyd olunub ki, hərbçilər İsrailin Livana hücumlarını davam etdirəcəyi təqdirdə ordu daha sərt zərbələrlə cavab verəcək. “Reuters” agentliyinin yazdığına görə, bu Cənubi Livana ediləcək istənilən hücumları da əhatə edir.
“İsrail tam özünümüdafiə hüququnu özündə saxlayır və Livanın “Hizbullah” hərəkatı tərəfindən gələn istənilən təhdidlərə sərt reaksiya verməyə hazırdır”. İsrailin Baş naziri Benyamin Netanyahu belə bir açıqlama verib.
O əlavə edib ki, əgər İran və “Hizbullah” İsrailə zərbələri bərpa edərsə, hakimiyyət qətiyyətli cavab verəcək və özünümüdafiə hüququndan istifadə edəcək. Baş nazir həmçinin qeyd edib ki, İran və “Hizbullah”la mübarizə hələ başa çatmayıb.
Bu arada, İsrail Müdafiə Ordusu Livanın cənubunda, “Hizbullah” silahlılarının ehtimal olunan obyektlərinin yerləşdiyi altı yaşayış məntəqəsinə aviazərbələr endirib. İsrail Ordusunun hücumları Livan ərazisindən Yuxarı Qalileya istiqamətinə raketlərin atılmasından sonra həyata keçirilib. Qruplaşmanın döyüşçüləri Livanın cənubundakı Əl-Edeysan rayonuna daxil olan İsrail hərbçilərinin karvanını atəşə tutublar.
#Məhəmməd Baqir Qalibaf teqi istifadə olunub
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
- Tehran regionun gələcəyini nədə görür? | Qalibafdan açıqlamalar - Baku TV CANLI
- Tehran Vaşinqtona meydan oxudu
- Qalibaf Trampın siyasətinin bölgənin gələcəyini riskə atdığını bildirir - Baku TV
