Pleyeri seçin:

İran niyə etirazlarla silkələnir? - Pezeşkiandan gözlənilməz etiraf - Baku TV

02 yanvar 2026 403 baxış

İran Prezidenti Məsud Pezeşkian ictimai narazılığı etiraf edərək, mövcud problemlərə görə hökumətin məsuliyyət daşıdığını bildirib və rəsmiləri ABŞ kimi xarici aktorları günahlandırmamağa çağırıb.

Çahar Mahal Bəxtiyari əyalətinə səfəri zamanı Pezeşkian bildirib ki, problemlərin həlli yanaşmalardan asılıdır:

"İctimai narazılığı aradan qaldırmaq üçün hökumət effektiv xidmətlər göstərməli, resursları düzgün idarə etməli, iqtisadi və sosial problemlərə praktik həllər tapmalıdır. Əgər insanlar narazıdırsa, bu bizim günahımızdır. Günahı ABŞ-də və ya başqa yerdə axtarmayın. Məsuliyyət bizim üzərimizdədir".

İranın "Fars" agentliyinin verdiyi məlumata görə, ölkənin bir neçə şəhərində etiraz aksiyaları keçirilib. Qarşıdurma zamanı bir polis öldürülüb. 20 nəfər həbs olunub.

Yerli vaxtla saat 18:00 radələrində Loristan əyalətinin Azna şəhərində keçirilən etiraz nümayişləri zamanı bir qrup polis bölməsinə hücum edib. Məlumata görə, sözügedən şəxslər polis bölməsinə silahla daxil olduqda atışma baş verib və hücum nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.

Elburz əyalətində emalatxanada partlayıcı maddələr istehsal etdiklərinə görə 14 nəfər saxlanılıb.

Milli valyutanın xarici valyutalara qarşı kəskin devalvasiyası və iqtisadi problemlərə görə dekabrın 28-də Tehranın Böyük Bazarında başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 403 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 403 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 403 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 403 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 403 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 403 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 403 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 403 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 403 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 403 baxış
Seçilmişlər
icon