Pleyeri seçin:
İran nüvə silahı yaradır? - ABŞ-nin dövlət katibi İranı hədələdi
“ABŞ İrana təzyiqləri gücləndirməlidir”.
Bunu Ağ Evin Dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində deyib.
“İrana təzyiqləri artırmalıyıq. Bu təzyiqlər İranın indiki fəaliyyətlərini dayandırana qədər davam etməlidir. Bu prosesin son nəticəsi onların nüvə silahının yaradılmasını dayandırmaq olmalıdır”, – deyə o bildirib.
M.Rubio həmçinin müsahibəsi zamanı Yaxın Şərqdə cərəyan edən müharibə ocaqlarına, İsrail-Livan və İsrail-HƏMAS münaqişəsinə də toxunaraq bildirib ki, hər şey nəzarət altındadır. Yeni eskalasiya yaratmaq istəyən qüvvələr anındaca zərərsizləşdiriləcək.
Qeyd edək ki, bir müddət öncə xarici medianın suallarını cavablandıran İran Prezidenti Məsud Pezeşkian Tehranın nüvə silahı yaratmaq məqsədi güdmədiyini bildirib.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
