İran Ordusu ittihamlara cavab verdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İran Ordusunun “Xatəmül-Ənbiya” qərargahı son günlər Birləşmiş Ərəb Əmirliklərinə qarşı hər hansı əməliyyatın həyata keçirilmədiyini açıqlayıb.
Bəyanatda o da qeyd olunub ki, İran İslam Respublikasının Silahlı Qüvvələri son günlər ərzində Ərəb Əmirliklərinə qarşı heç bir raket və pilotsuz uçuş aparatı əməliyyatı həyata keçirməyib. Belə bir addım atılsaydı, bu, qətiyyətlə və açıq şəkildə elan olunardı.
Bəyanatda həmin ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatların təkzib edildiyi və heç bir həqiqəti əks etdirmədiyi qeyd olunur.
“Birləşmiş Ərəb Əmirlikləri hazırda ABŞ və İsrailin əsas bazalarından birinə çevrilib və mövcud şəraitdə İrana qarşı əsassız ittihamlar və informasiya kampaniyası aparır. İndiyədək bu kimi addımlara qarşı sərt reaksiya verilməməsi yalnız həmin ölkədə yaşayan müsəlmanların təhlükəsizliyi nəzərə alınaraq olub”, – deyə bəyanatda deyilir.
Həmçinin o da vurğulanır ki, əgər Birləşmiş Ərəb Əmirlikləri ərazisindən İranın adalarına, limanlarına və sahillərinə qarşı hər hansı addım atılarsa, buna sərt və peşmanedici cavab veriləcək.
#İran Ordusu teqi istifadə olunub
- Tehran Vaşinqtona Hörmüz boğazı ilə bağlı yeni təklif göndərdi
- Sərhədlərə 50-dən çox hərbi bölmə yerləşdirən Tehran hansı məqsədi güdür? - Baku TV
- Son hərbi qarşıdurmadan sonra İranın müdafiə strategiyasında nə dəyişib? - Baku TV CANLI
- İran Hörmüz boğazında gəmilərin hərəkətinə nəzarəti davam etdirir
- İran Ordusu müdafiədən hücum doktrinasına keçdi
