İran qisas əməliyyatına başlayır? | ABŞ nəşrindən Xamenei ilə bağlı sensasiya
Yeniliklərdən dərhal xəbərdar olun
İranın ali dini lideri Əli Xamenei bazar ertəsi Ali Milli Təhlükəsizlik Şurasına İsrailə hücuma hazırlaşmaq göstərişi verib.
Bu barədə “Nyu York Tayms” üç İran rəsmisinə istinadla məlumat yayıb.
Mənbələr bildiriblər ki, Xamenei yüksək rütbəli hərbi komandirlərin dəymiş ziyanın miqyası ilə bağlı ətraflı hesabatını nəzərdən keçirdikdən sonra bu qərarı elan edib.
İddiaya görə, Xamenei dinləmələrdə deyib ki, İsrailin hücumunun miqyası, eləcə də itkilərin sayı – ən azı dörd əsgərin öldürülməsi – zərbələri gözardı etmək üçün çox böyükdür və cavab verməmək məğlubiyyəti etiraf etmək deməkdir.
Mənbələr bildiriblər ki, İranın ABŞ seçkilərindən əvvəl zərbə ehtimalı daha azdır, çünki Xamenei gərginləşmədən faydalana biləcək Trampa kömək etmək istəmir.
Qeyd edək ki, bundan öncə CNN İranın ABŞ-dəki prezident seçkisinə, yəni 5 noyabra qədər İsrailə zərbə endirəcəyi ilə bağlı öz mənbələrinə istinadla məlumat yaymışdı.
#İran teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
