“İran rejimi SSRİ deyil, amma...” | Tarix təkrarlanır?
Yeniliklərdən dərhal xəbərdar olun
“İran rejimi SSRİ deyil və ya 2025-ci ildəki vəziyyət 1989-cu ildəki kimi deyil. Tarix təkrarlanmır, amma əks-səda verir. Unutmamalıyıq ki, biz SSRİ-nin məğlubedilməz hesab edildiyi bir dövrdə böyümüşük”.
Bunu amerikalı analitik Mark Dubovits deyib.
M.Dubovits Tehran rejiminin bəzi sosial məsələlərdə yumşalmasını Mixail Qorbaçovun SSRİ-ni xilas etmək üçün başladığı məhdud islahatlara bənzədib, bu islahatlar sistemin çöküşü ilə bitdi.
Analitik bildirib ki, İsrail hələ də bölgədəki əsas düşmənini – İranı məhv etməkdə qərarlıdır:
“Uzun illərdən sonra İran rejiminin devrilməsi İsrail strategiyasının əsas məsələlərindən birinə çevrilib. Məncə, 7 oktyabr hadisələri hər şeyi dəyişdi. Artıq onlar deyirlər: biz İran İslam Respublikası ilə yaşaya bilmərik, Xamenei bizi məhv etmək ideyasına sadiqdir”.
Bununla belə, M.Dubovits əlavə edib ki, “rejim dəyişikliyi” termini Vaşinqtonda populyar deyil:
“İraq və Əfqanıstan təcrübələrinə görə bu ifadəni xoşlamırıq. Vaşinqtonda heç kim 500 min ABŞ əsgərini İrana hücuma göndərməkdən danışmır. Bu gün müzakirə olunan “Reyqan strategiyası”dır ‒ Ronald Reyqanın 1980-ci illərdə uğurla tətbiq etdiyi metod: rejim müxaliflərinə maksimum dəstək və rejimə maksimal təzyiq”.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
