İran su yolu üzərində nəzarəti hansı formatda həyata keçirəcək? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Rəsmi Vaşinqton və Tehran Hörmüz boğazının açılmasını nəzərdə tutan sazişlə bağlı prinsipial razılığa gəlib.
Bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, boğazda tam gəmiçiliyin bərpası və neftin dünyada qiymətlərinin mümkün enişi üçün vaxt hələ də məlum deyil.
Bundan əlavə, NYT qeyd edib ki, yekun razılaşma əldə olunsa, İranın su yolu üzərində nəzarəti hansı formatda həyata keçirəcəyi məlum deyil.
Daha əvvəl isə "Fox News" İranın prinsipial olaraq çərçivə sazişi ilə razılaşdığını və tərəflərin onun təxminən 95%-ni tamamladığını bildirib.
Telekanalın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp tərəflərə razılaşmanı yekunlaşdırmaq üçün əlavə 5-7 gün vaxt verə bilər.
#Hörmüz boğazı teqi istifadə olunub
- Hörmüz boğazının açılması müqabilində İran nə istəyir? - AKTUAL GÜNDƏM
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Tehran Vaşinqtona Hörmüz boğazı ilə bağlı yeni təklif göndərdi
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- Məsud Pezeşkian Sergey Lavrovla görüşdə ABŞ siyasətini sərt tənqid etdi
