İran Türkiyədən niyə qorxur? | İranlı politoloq erməni mediasına danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
İran hər zaman regionda üçüncü tərəfin mövcudluğunun əleyhinə olduğunu bəyan edib. Bu, ziddiyyətlərin və maraqların toqquşmasının dərinləşməsinə gətirib çıxaracaq, region güc nöqtələri arasında qarşıdurma meydanına çevriləcək və bu, İranı narahat edir.
Bu sözləri iranlı politoloq Pouya Hüseyni erməni mediasına müsahibəsində deyib.
“İran həmçinin narahatdır ki, digər qüvvələrin mövcudluğu İranın təhlükəsizliyinə təhdid yarada bilər. İran bu qüvvələrin Türkiyənin rolunu gücləndirə biləcəyindən narahatdır”, – P.Hüseyni bildirib.
O iddia edib ki, Türkiyənin bölgəmizdə artan rolu Ermənistan dövlətinə və milli maraqlarına ziddir və bu, ciddi təhlükəsizlik problemləri yaradacaq: “İran israr edir ki, regionun problemlərini region ölkələri həll etməlidir, amma bu o demək deyil ki, bu problemləri Türkiyə və Azərbaycan həll etməlidir”.
#İran teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
