İran və ABŞ arasında gərginlik pik həddə | Tehrana yeni sanksiyalarla üz-üzə
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib.
Bu haqda ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.
İran və Çində 6 fiziki şəxs və 12 qurum İslam Respublikasının ballistik raket proqramına yardıma görə sanksiyalarla üzləşib.
“Birləşmiş Ştatlar İranın qitələrarası ballistik raketlər hazırlamasına icazə verə bilməz. İranın qabaqcıl ballistik raketlərə sahib olması, istədiyi vaxt onlardan amansız və məsuliyyətsiz istifadə edə bilməsi deməkdir. Sözügedən raketlərin leqallaşdırılması isə ona istehsal imkanı verəcək. Bu, Birləşmiş Ştatlar və regionun sabitliyi üçün qəbuledilməz təhdiddir”, – deyə bəyanatda bildirilib.
İran Prezidenti Məsud Pezeşkian isə öz açıqlamasında Ağ Evin bu tipli qərarlarını sərt tənqid edərək “biz heç bir zorakılığa baş əyməyəcəyik” deyib:
“Bu tək mənim sözüm deyil, bütün qeyrətli insanlar heç bir gücə boyun əyməyəcəklər. Biz bu ölkənin şərəf və qürurunu heç kimə satmayacağıq, buna imkan da vermərik. “Təsəvvür edilməyəcək qədər raket və bombalarınız var” deyəndə siz gücünüzü nümayiş etdirmiş olursunuz, biz deyəndə region üçün təhlükə yaradırıq?
Siz müharibə ocaqlarına silah tədarük edib sonra onları barışdırmağa çalışır, ya da sülhsevərlik görüntüsü yaradırsınız. Niyə özlərini sülh göyərçini kimi təqdim edirlər? Cavab aydındır”.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
