İran və ABŞ razılığa gələcək?
Yeniliklərdən dərhal xəbərdar olun
"İran ədalətli və bərabərhüquqlu sazişə ən qısa müddətdə nail olmaq üçün Cenevrədə ABŞ ilə danışıqları bərpa edəcək".
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında yazıb. O bunu əvvəlki danışıqlar raundunda əldə edilən razılaşmalara əsaslanaraq bildirib.
"Qarşılıqlı maraqları nəzərə alan və ümumi məqsədlərə nail olunmasını təmin edən misilsiz bir saziş bağlamaq üçün tarixi fürsətimiz var", – deyə Əraqçi qeyd edib.
Onun sözlərinə görə, saziş mümkündür, lakin bunun üçün yalnız diplomatiyaya üstünlük verilməlidir.
"Biz sübut etdik ki, suverenliyimizi cəsarətlə qorumaq üçün heç bir şeydən çəkinmərik. Eyni cəsarəti danışıqlar masasında da nümayiş etdiririk, burada istənilən fikir ayrılığının dinc yolla həllinə çalışacağıq", – deyə o bildirib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
