Pleyeri seçin:

İran və İraq arasında gərginlik alovlandı | Tehrandan məsələyə təcili reaksiya - Baku TV

18 avqust 2026 305 baxış

İraqın xarici işlər naziri Fuad Hüseyn İranın İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə hücumla bağlı rəsmi izahat verməsini istəyib.

Bu barədə İraqın xarici işlər naziri Fuad Hüseynin İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığının yekunlarına dair açıqlamasında bildirilib.

Vurğulanıb ki, Hüseyn iranlı həmkarı ilə İraq Kürdüstan Regionunun Baş nazirinin ofisinə hücumu müzakirə edib.

İraqın xarici işlər naziri bu hadisəni gərginliyi artıra və regionda sabitliyi təhlükə altına ala biləcək təhlükəli presedent adlandırıb.

İraqın baş diplomatı İrandan bu hücumla bağlı rəsmi mövqeyini izah etməsini istəyib. Əraqçi isə bildirib ki, Tehran tərəfinin hücumun İran ərazisindən həyata keçirildiyini göstərən hər hansı məlumatı yoxdur.

İraq XİN-in açıqlamasına əsasən, Əraqçi bu insidentlə bağlı İran hökumətinin mövqeyini açıqlayan rəsmi bəyanat yayacağına söz verib.

Bundan əvvəl Məsrur Bərzaninin ofisi İranın pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qaldığını bildirib. İraq Kürdüstanının Baş nazirinin sözlərinə görə, onun şəxsi ofisi və Təhlükəsizlik və Kəşfiyyat Agentliyinin rəhbərinin iqamətgahı İran dronlarının hücumuna məruz qalıb. Bərzani hücumu təhlükəli eskalasiya və İraq Kürdüstanının təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid adlandırıb.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 305 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 305 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 305 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 305 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 305 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 305 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 305 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 305 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 305 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 305 baxış
Seçilmişlər
icon