İrana getmək istəyənlərin nəzərinə: Qaydalar sərtləşdirildi
Yeniliklərdən dərhal xəbərdar olun
İran parlamenti ölkəyə gələn əcnəbi vətəndaşlar üçün girov qoyulmasına dair tədbirləri təsdiqləyib.
Bu barədə parlamentin Daxili İşlər Komissiyasının sədri Məhəmməd Saleh Cokar məlumat verib.
Yeni qaydalara əsasən, İranda qalmaq istəyən əcnəbilərdən əmanət ödəmələri tələb olunur və bu vəsait onlar ölkəni tərk edərkən geri qaytarılacaq. Girovun məbləği Daxili İşlər Nazirliyi tərəfindən müəyyən ediləcək.
Eyni zamanda əcnəbi vətəndaşlar üçün vəzifə təyinatı sistemi yeniləndikdən sonra yalnız istehsalat və xidmət müəssisələrində işləmə icazəsi olan şəxslər ölkədə qala biləcək, digərləri isə İrandan çıxarılacaqlar.
Yaxın günlərdə xarici vətəndaşlarla bağlı siyasi tədbirləri hazırlayacaq 21 qurumun nümayəndələrinin iştirakı ilə xüsusi “İdarəetmə Şurası”nın yaradılacağı da gözlənilir.
#İran parlamenti teqi istifadə olunub
- ABŞ iqtisadi müharibədə İrana məğlub olur?
- “Bu, ABŞ üçün məğlubiyyətdir” | Qalibafdan İsrail və ABŞ-ni cin atına mindirəcək sözlər - Baku TV
- Qalibaf regionda əldə olunmuş son sülh razılaşmalarını şərh etdi
- Deputatlar danışıqların aparılmasına qarşıdır?
- Qalibafdan mühafizəkarlara xəbərdarlıq: İranı məhv edəcəksiniz
