Pleyeri seçin:
İranda bir gündə 5 nəfər edam edildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İranda ümumxalq etirazlarında bu günədək 524 nəfər həlak olub.
Bu barədə məlumatı İran Hüquq Müdafiəçiləri Təşkilatı yayıb. Bildirilib ki, ölənlərdən 71-nin yaşı 18-dən aşağıdır. Ötən ilin sentyabrın 17-dən aparılan hesablamaya görə, 19401 nəfər həbs olunub. Onlardan 4973 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil.
Eyni zamanda həbs olunan 713 nəfər tələbədir. Etirazlara 144 universitetin tələbələri qoşulub. Məlumata görə, ölkənin 164 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 68 nümayəndəsi öldürülüb.
Qeyd edək ki, ötən aylarda İranda edamların da sayı artıb. Belə ki, Ərak mərkəzi zindanında yanvarın 14-ü eyni gündə 5 nəfər edam edilib.
Kopyalandı
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
