İranda hücumlar nəticəsində ölənlərin sayı 500-ü ötdü - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İranın cənubundakı Fars əyalətində martın 2-si gecə boyu partlayışlar baş verib.
“Al Jazeera” xəbər verir ki, ABŞ və İsrailin İranın cənubundakı Fars əyalətinə hücumları nəticəsində ən azı 35 nəfər həlak olub.
İran Qızıl Aypara Cəmiyyəti bildirib ki, ABŞ-İsrail hücumları nəticəsində ölkə daxilində həlak olanların sayı 550-ni ötüb.
Artıq günlərdir ki, İranda internet kəsintiləri davam edir. “Netblocks” bildirib ki, ABŞ və İsrailin hücumları davam etdiyinə görə İranda internet kəsintiləri 48 saatı keçib.
İranın “Shahed-136” dronları Səudiyyə Ərəbistanının Ras-Tanura şəhərində “Saudi Aramco” şirkətinin ən böyük neft emalı zavoduna hücum edib. Yayılan görüntülərdə zavodun ərazisində güclü partlayışlar və yanğınlar müşahidə edilib.
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyindən “Əl-Ərəbiyyə” telekanalına açıqlama verilib ki, obyektdə iki dron vurulub. Xəsarət alan olmayıb. Ras-Tanura ehtiyat tədbiri olaraq bağlanıb və vəziyyət nəzarət altındadır.
#ABŞ-İsrail-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI
- İsrail qırıcıları işə salındı | Dünyaya səs salacaq hücumlar başlayır? - Baku TV
- Trampın hücum qərarı İranın nüvə obyektlərinin taleyini dəyişə bilər - Baku TV
- Pezeşkian İranla bağlı iddialı açıqlamalar verdi, Qəribabadi isə... - Baku TV
- "İran cavab verməyə hazırdır" | Tehran Vaşinqtona hansı mesajı verdi? - Baku TV
