İranda tarixi dəyişiklik | Pezeşkian bu məsələyə görə hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Məsud Pezeşkian sürətlə ucuzlaşan İran rialını əvəz edəcək yeni milli valyutaya – tümənə keçidlə bağlı qanun layihəsini parlamentə təqdim edib.
Bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, pul islahatının tərkib hissəsi milli valyutanın 10000:1 nisbətində denominasiyası olmalıdır. Bu gün deputatların müzakirəsinə təqdim edilən qanun layihəsi hələ 2019-cu ilin iyulunda, Həsən Ruhaninin ölkə prezidenti olduğu vaxtda hökumət tərəfindən təsdiqlənmişdi.
İran rəsmiləri hesab edirlər ki, denominasiya mümkün qədər tez həyata keçirilməlidir. Səbəb İran rialının bazar məzənnəsinin rekord səviyyədə aşağı düşməsidir, dekabrın 19-da dollara nisbətdə tarixi minimuma – 1 dollar üçün 777 min riala düşüb. Eyni zamanda İran Mərkəzi Bankının rəsmi məzənnəsi 2017-ci ildən faktiki olaraq dəyişməz qalıb – 1 dollar üçün 420 min rial səviyyəsində.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
