İranda xilasedicilər dağıntılar altından meyitləri çıxarırlar
Yeniliklərdən dərhal xəbərdar olun
İranda fevralın sonundan başlayan və aprel ayına qədər şiddətlənən genişmiqyaslı hərbi münaqişə mülki infrastrukturda ağır fəsadlar buraxıb. Baku TV-nin "Dünya" xəbər xidmətinin verdiyi məlumata görə, İranın paytaxtı Tehran, İsfahan və digər strateji şəhərlərində xilasedicilər ABŞ və İsrailin hava zərbələri nəticəsində uçan binaların dağıntıları altından meyitləri çıxarmağa davam edir. 2026-cı ilin 1 aprel tarixinə olan məlumata əsasən, bir aya yaxındır davam edən bombardmanlar on minlərlə yaşayış binasını, məktəbi və xəstəxananı sıradan çıxarıb. Qırmızı Aypara Cəmiyyətinin və yerli Fövqəladə Hallar bölmələrinin əməkdaşları ağır texnika və kinoloqların köməyi ilə dağıntılar altında qalanların axtarışını həyata keçirir, lakin davam edən hava həyəcanı xilasetmə işlərini tez-tez dayandırmağa məcbur edir.
Məlumata əsasən, təkcə Tehrandakı "Böyük Bazar" və ətraf yaşayış massivlərində aparılan işlər zamanı çoxsaylı itkilər qeydə alınıb. Videoda xüsusi geyimli xilasedicilərin beton plitələr arasından insanları çıxarması, yaralıların səhra xəstəxanalarına daşınması və Tehran sakinlərinin dağılmış evləri qarşısındakı çarəsizliyi əks olunub. Reportajda qeyd edilir ki, müharibənin bir ayı ərzində İranda ölənlərin sayı minlərlə ölçülür.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
