İrandan ABŞ-nin nüvə təklifinə sərt reaksiya | “Siz kimsiniz ki...?”
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin İranın nüvə proqramı ilə bağlı planı İranın prinsiplərinə tamamilə ziddir.
Bu barədə İranın Ali Rəhbəri Seyid Əli Xamenei bildirib.
“The Vashington Post” yazır ki, Seyid Əli Xamenei ABŞ-nin nüvə müzakirələrindəki təklifinə qarşı çıxaraq planın rəsmi Tehranın əleyhinə olduğunu qeyd edib:
“Siz kimsiniz ki, İranın nüvə proqramı ilə bağlı qərar verirsiniz? Nüvə təklifiniz bizim güc prinsipimizə 100 % ziddir. Bir daha deyirəm, ABŞ bizim nüvə proqramımızı zəiflədə bilməyəcək. İran uranın zənginləşdirilməsi işindən əl çəkməyəcək”.
Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı razılaşmaya nail olmaq ABŞ Prezidenti Donald Tramp və onun xüsusi nümayəndəsi Stiven Uitkoff üçün diplomatik prioritetlərdən biridir. İranın uranın zənginləşdirilməsini kəskin şəkildə məhdudlaşdırması və ya dayandırması müqabilində ABŞ İslam Respublikasına qarşı sanksiyaların bir qismini ləğv edə bilər.
#İran teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
