İrandan ABŞ-yə xəbərdarlıq | Daha təhlükəli ssenari işə düşə bilər - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"Əgər bir gün İranın heç bir raketi olmasa, ABŞ üçün daha təhlükəli olacaq".
Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun Baş komandanının müşaviri Məhəmməd Rza Nəqdi Amerikanın PBS telekanalına müsahibəsi zamanı deyib.
"Əgər bir gün İranın heç bir raketi olmasa, daha təhlükəli olacaq və bu təqdirdə, savaşmaq və öz heysiyyətini qorumaq iradəsinə malik olan qüvvə Amerika üçün təhdidə çevriləcək", – deyə SEPAH rəsmisi bildirib.
Onun sözlərinə görə, ötən 43 il ərzində İran prezidentlərindən fərqli olaraq, heç bir Amerika lideri iranlı jurnalistə müsahibə verməyə razı olmayıb.
"İran birliyini, ərazi bütövlüyünü qorudu və düşmənin öz məqsədinə çatmasına imkan vermədi. Üçüncü müharibədə Amerika ilə necə savaşmaq lazım olduğunu öyrəndik", – deyə o əlavə edib.
#SEPAH teqi istifadə olunub
- Putinlə görüş zamanı "şparqalka" qalmaqalı | Tramp İranı nədə ittiham edir? - YENİ BİR SƏHƏR
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- SEPAH xəbərdarlıq etdi: Hörmüzdə kabellər kəsilərsə, nə baş verəcək? - Baku TV CANLI
- Fars körfəzində gözlənilməz mənzərə | ABŞ ordusu geri çəkilməyə məcbur oldu? - Baku TV
- "İran hər baxımdan uduzur, amma...” | İran və ABŞ arasında razılaşma mümkün görünmür? - Baku TV
