İrandan qalmaqallı açıqlamalar | Yeni hücumlar gözlənilir?
Yeniliklərdən dərhal xəbərdar olun
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, Sərhəd Polisinin rəisi general Əhmədəli Qudərzinin son aylarda qonşu ölkələrin ərazisindən İrana qarşı Pilotsuz Uçuş Aparatlarının (PUA) daxil olması barədə iddialarını şərh edərkən qalmaqallı açıqlamalar verib. Bəqayi, "Sionist rejimin (İsrail) və ABŞ-nin hərbi təcavüzündən" əvvəl dəfələrlə xəbərdarlıq etdiklərini bildirib. O, qonşu ölkələrin öz ərazilərini üçüncü tərəflərə İranın milli suverenliyinə və ərazi bütövlüyünə qarşı istifadə etməsinin beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu vurğulayıb. İran diplomatı əlavə edib ki, belə vəziyyətdə İran müvafiq reaksiya vermək hüququnu özündə saxlayır və təhdidin növünə uyğun tədbirlər görəcək. General Qudərzi isə PUA-ların hansı ölkələrdən daxil olduğunu dəqiqləşdirməyib.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- İran nüvə öhdəliklərinə sadiq olduğunu və əməkdaşlığın vacibliyini vurğuladı - Baku TV
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Etirazlarda 256 min nəfərin iştirak etdiyi bildirilib
