İranın alt-üst olan planı: Qəzzada nə baş verir?
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail-Həmas müharibəsi 1 aydan çoxdur ki, səngimir. Hava hücumları ilə başlayan münaqişə hazırda quru əməliyyatları ilə davam edir. Üstündə dava gedən Qəzza isə Qərbin bütün nikbin proqnoz və ultimatumlarına baxmayaraq, mühasirədədir, ölən və yaralıların sayı isə hər keçən gün artır.
Müharibə başlayan ilk gündən başda region ölkələri olmaqla bir çoxları sərt bəyanatlar verirdi. İran hakimiyyəti əvvəlcə İsrailin hücumlarını, daha sonra Qəzzada quru əməliyyatını özünün “qırmızı xətt”i kimi qələmə vermişdi, lakin sonradan kifayət qədər səssiz qaldılar.
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlami bildirmişdi ki, İsraillilər Qəzzaya girərsə, onlar orada basdırılacaq. Tehranın hədə-qorxuları kifayət qədər çox səslənmişdi: dini lider Əli Xameneyi, Prezident İbrahim Rəisi, Xarici İşlər Naziri Hüseyn Əmir-Abdullahian və digər rəsmilər tərəfindən. Ancaq İsrail öz hücumlarını sürətlə davam etdirdi. Hətta İranın “qırmızı xətti” olan quru əməliyyatlarına da başladı.
“Qırmızı xətt” ifadəsindən yapışan bir digər tərəf isə “Hizbullah” idi. Təşkilatın lideri Həsən Nəsrullah bildirmişdi ki, “Hizbullah”ın müharibəyə qoşulması İsrailin Livanda silahlı quruplaşmaya qarşı genişmiqyaslı hücuma keçib-keçməməsindən və Qəzza zolağındakı əməliyyatın necə inkişaf edəcəyindən asılıdır.
Həsən Nəsrullah İsrailin Livana qabaqlayıcı zərbə endirməsinin onun “ən böyük səhvi” olacağını desə də, SAXAL qüvvələri başının Qəzzaya qarışdığı bir vaxtda hələ Livan sərhədinə də raket atmağa macal tapdı. Bir sözlə, şiə Livan hərəkatı üçün HƏMAS-ın qorunub saxlanması məsələsi hələ də “qırmızı xətt” hesab olunsa da, Təl-Əviv öz bildiyini oxumağa davam edir və HƏMAS-ı məhv etməkdə qərarlı görünür.
Qısacası, vəziyyəti bir qədər də ağırlaşdıran Yaxın Şərq ölkələrinin əksəriyyətində mövcud durumla bağlı hər hansı plan yoxdur. “Qırmızı xətt”lər çoxdan keçilib, İsrail isə rəngarəng ssenarilər həyata keçirir. Hələlik dünyaya aydın olan ABŞ-İsrail və Rusiya-İran formatları var. Amma böyük müharibə üçün şərait hələ yetişməyib və İsrail HƏMAS qarşısında diplomatik dəstək və yardımlarla kifayət qədər güclü dayanıb.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
