İranın ballistik raketlərlə bu hücumu dünyaya səs saldı | Pentaqondan təcili məlumat - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İran Hind okeanında yerləşən Dieqo Qarsiyadakı ABŞ-Britaniya birgə bazasına hücum edib.
Bu barədə "The Wall Street Journal" bir neçə amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.
Xəbərə görə, İran martın 19-u axşam saatlarında ABŞ və Böyük Britaniyanın birgə istifadə etdiyi Dieqo Qarsiya hərbi bazasına iki ballistik raket atıb. Raketlərdən biri uçuş zamanı mühərrikində yaranan nasazlıq səbəbindən düşüb, digəri isə ABŞ hərbi gəmisi tərəfindən vurulub.
Qeyd edək ki, Dieqo Qarsiya adası İrandan təxminən 4000 kilometr məsafədə yerləşir ki, bu da İran raketlərinin maksimum 2000 km uzaqlıqdakı hədəfləri vura biləcəyi barədə məlumatların həqiqəti əks etdirmədiyini, Tehranın uzaqmənzilli raketlərin hazırlanmasında irəliləyiş əldə etdiyini göstərir.
Hind okeanındakı Dieqo Qarsiya adası ABŞ-nin bombardmançı təyyarələr, nüvə sualtı qayıqları və idarəolunan raketlərlə təchiz olunan esmineslər yerləşdirdiyi strateji baza kimi fəaliyyət göstərir. Pentaqonun məlumatına görə, hədəfə doğru gələn raketlərdən biri ABŞ hərbi-dəniz qüvvələrinin gəmisindən atılan "SM-3" raket-ələ keçiricisi tərəfindən havada məhv edilib.
Diqqətçəkən məqam odur ki, bir "SM-3" raketinin dəyəri 20 milyon dollardan çoxdur və ABŞ ildə bu modeldən cəmi 70 ədəd istehsal edə bilir.
#Hava hücumu teqi istifadə olunub
- Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü
- Rusiya raketlərlə hücuma keçdi | Xeyli insan dağıntıların altında qalıb? - Baku TV CANLI
- Xarkova yeni zərbə endirildi | Hücumda xeyli sayda ölən və yaralanan var - Baku TV
- İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb | Tutucu raket buraxılıb - Baku TV
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
