İranın cavab zərbəsi İsraili silkələdi | Casusluq edən şəxs cəzadan qaça bilmədi
Yeniliklərdən dərhal xəbərdar olun
İranın İsrailə qarşı cavab zərbələrinin sonuncu raundu iyunun 15-i gecə saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən atılan bir neçə ballistik raketin Təl-Əviv və Hayfadakı hədəfləri vurması ilə başlayıb.
Ballistik raketlər Təl-Əviv, Hayfa, Ben Qurion Hava Limanı və Nevatim aviabazasındakı hədəfləri vurub. Hayfa şəhərində elektrik sistemi sıradan çıxıb. Bundan başqa, İranın Rey şəhərində evlərin birində dron sexi aşkarlanıb. Polis rəisinin sözlərinə görə, çəkisi 200 kq-dən çox olan partlayıcı maddələr tapılıb. O həmçinin 30-a yaxın pər, 33 buraxılış qurğusu və bir çox kamikadze dron avadanlığının aşkarlandığını vurğulayıb.
İran KİV-ləri məlumat yayır ki, İsrail kəşfiyyatı "Mossad" üçün casusluqda təqsirli bilinən şəxs edam edilib. Qeyd olunub ki, edam edilən şəxsin adı Esmail Fekridir. Bu, son həftələrdə İsrailə casusluqla bağlı üçüncü edam olub.
Digər məlumatda İsrailin Zəncan vilayətinə endirdiyi zərbə nəticəsində SEPAH-ın 2 hərbçisinin öldüyü bildirilib.
#İsrail-İran münaqişəsi teqi istifadə olunub
- Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV
- “İranı daş dövrünə və qaranlığa qaytaracağıq” | İsraildən mesaj
- Gərginliyi alovlandıran məsələ: İran kütləvi zərbələrə məruz qalacaq? - Baku TV CANLI
- İsrailin əsas məqsədi nədir? | Netanyahu istəyinə çatacaq? - Baku TV
- İsrailin İran planı savaş riskini artırır | Netanyahudan diqqətçəkən mesaj - Baku TV
