İranın “Gerçək vəd 4” əməliyyatının növbəti dalğası başladı - Baku TV
İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına hücum edib.
Bu barədə SEPAH-a istinadən "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, "Gerçək vəd 4" əməliyyatının 68-ci dalğasında "Xürrəmşəhr 4", "Qədr" raketləri və pilotsuz uçuş aparatlarından istifadə olunub. "Hayfa və Təl-Əvivdə 25 obyekt darmadağın edilib", – məlumatda bildirilib.
Hərbi Dəniz Qüvvələrinin Omanın şərqində yerləşən "Əl-Hədd" bazasında ABŞ hərbçilərinin 6 dəstək anqarını PUA və qanadlı raketlərlə hədəf aldığı vurğulanıb. Bildirilib ki, bu anqarlarda saxlanılan "Patriot" hava hücumundan müdafiə sistemlərinin bəzi avadanlıqları tamamilə məhv edilib və Bəhreynin cənubu, Fars körfəzi sahilində yerləşən "Şeyx İsa"dakı bazanın arxa cəbhə təminatına ciddi ziyan dəyib.
Əlavə edilib ki, Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzindəki gəmilərə şübhəli hallarda yoxlama və nəzarətə götürülmə barədə SEPAH-a xəbər vermək tapşırılıb.
"Hörmüz boğazı İranın Ali Rəhbəri Müctəba Xameneinin əmri ilə ABŞ, İsrail və onların müttəfiqləri üçün bağlıdır", – deyə məlumatda qeyd olunub.
#SEPAH teqi istifadə olunub
- "İran hər baxımdan uduzur, amma...” | İran və ABŞ arasında razılaşma mümkün görünmür? - Baku TV
- CENTCOM İranın iddiasını təkzib edib
- İran ABŞ-nin yeni sanksiyalarına qarşı hansı addımları atmağa hazırlaşır? - Baku TV
- SEPAH İranın ABŞ sanksiyalarına qarşı xüsusi mübarizə planının olduğunu açıqladı - Baku TV CANLI
- SEPAH Trampın iddiasını təkzib etdi
