Pleyeri seçin:
İranın sabiq prezidentindən xəbərdarlıq
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədə mövcud iqtisadi durum və böhrana diqqət çəkərək, insanların 80%-nin rəhbərin kim olduğuna maraq göstərmədiyini bildirib.
O, inqilabdan sonrakı illərdə İranın üzləşdiyi böhranların əvvəlkindən daha ciddi olduğunu deyib.
İslam Respublikasının süqut etməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edən Xatəmi ölkəni “möhkəm ağaca” bənzədib.
“Daxili və xarici təhdidlərin artması ilə bu ağacın qəfil quruyub yıxılması riski var. Ümid edirəm ki, belə vəziyyət yaranmaz”, – deyə sabiq dövlət başçısı bildirib.
Mövcud şəraitdə Xatəmi idarəetmə yanaşmasının dəyişdirilməsini və xarici təzyiqlərə təslim olmadan qırmızı xətlərin yenidən nəzərdən keçirilməsini ən uğurlu yol adlandırıb.
Kopyalandı
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
