Pleyeri seçin:

İranın şərti Trampın səbrini daşırdı | İstanbul görüşü yerinə savaşa hazırlıq gedir? - Baku TV

05 fevral 2026 401 baxış

ABŞ cümə günü keçiriləcək danışıqların yerini və formatını Tehranın tələblərinə uyğun olaraq dəyişdirməyə razı olmayacaq.

Bu barədə iki ABŞ rəsmisi "Axios"a bildirib.

"Bu dalan diplomatik irəliləyişlərə mane ola və Prezident Trampı hərbi əməliyyatlara əl atmağa inandıra bilər", – məlumatda qeyd olunur.

ABŞ və İran cümə günü İstanbulda görüşmək barədə razılığa gəliblər. Görüşdə digər Yaxın Şərq ölkələri müşahidəçi qismində iştirak edəcəklər. Lakin çərşənbə axşamı günü iranlılar danışıqları Omana köçürmək və ikitərəfli şəkildə keçirmək istədiklərini bildiriblər.

İran danışıqların yalnız nüvə məsələlərini əhatə etməsini istəyir.

ABŞ rəsmiləri məkanın dəyişdirilməsi tələbini müzakirə etsələr də, çərşənbə günü rədd etmək qərarına gəliblər. Rəsmi şəxs bildirib ki, əgər iranlılar ilkin formata qayıtmağa hazırdırlarsa, ABŞ bu həftə və ya gələn həftə görüşə bilər.

"Biz tez bir zamanda real razılığa gəlmək istəyirik, əks halda, insanlar başqa variantlara baxmağa başlayacaqlar", – deyə yüksəkvəzifəli məmur Trampın dəfələrlə hərbi əməliyyatlarla bağlı təhdidlərinə toxunaraq qeyd edib.

"Biz kompromisə getməyə çalışdıq, amma iranlılar bundan imtina etdilər. Danışıqların bu həftə baş tutmaması ehtimalı yüksəkdir", – deyə ikinci ABŞ rəsmisi bildirib.

ABŞ rəsmilərinin məlumatına görə, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner cümə axşamı günü Baş nazirlə İranla bağlı danışıqlar aparmaq üçün Qətərə səfər edəcəklər.

Kopyalandı
Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 401 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 401 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 401 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 401 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 401 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 401 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 401 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 401 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 401 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 401 baxış
Seçilmişlər
icon