Pleyeri seçin:
İranın vitse-prezidenti: “Danışıqlarda güzəşt olmayacaq”
“ABŞ İranla bağlı məqsədlərinə hərbi yolla nail ola bilmədiyinə görə indi istədiyinə çatmaq üçün danışıqlar masası arxasında bəxtini sınayır. Lakin Tehran güzəştə getmək niyyətində deyil”.
Bu barədə İranın vitse-prezidenti İsmail Səqab İsfahani bildirib.
“ABŞ özünü supergüc kimi hiss edib və heç bir nəticə verməyən müharibəyə girişib. O, hərbi əməliyyatları 3-4 gün ərzində başa çatdırmaq niyyətində idi, lakin indi çıxılmaz vəziyyətə düşüb. İndi isə döyüş meydanında nail ola bilmədiyini danışıqlarda əldə etməyə cəhd edir”, – deyə İsmail Səqab İsfahani vurğulayıb.
Onun sözlərinə görə, İran danışıqlar prosesində güzəştə getməyəcək.
Kopyalandı
