Pleyeri seçin:

İranla bağlı təhlükəli qərar | ABŞ-nin müttəfiqlərini narahat edən ssenari - Baku TV

03 mart 2026 488 baxış

İrana zərbələrin başlamasından cəmi bir neçə saat sonra ABŞ tanış, lakin xoşagəlməz bir vəziyyətə düşdü: qlobal düşmənin sürətli şəkildə aradan qaldırılması, lakin tarixin göstərdiyi kimi, nəticələri aradan qaldırmağın çətin olacağı bir durum.

Bu barədə “The Washington Post” nəşri yazıb.

Nəşr qeyd edir ki, Ayətullah Əli Xameneinin öldürülməsi 2001-ci ildə “Taliban”ın devrilməsindən, iki il sonra İraqda Səddam Hüseynin hakimiyyətdən uzaqlaşdırılmasından, 2011-ci ildə Liviyada Müəmmər Qəddafinin devrilməsindən və cəmi iki ay əvvəl Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsindən sonra ABŞ-nin xaricdəki qatı düşmənlərinin aradan qaldırılması və ya məğlub edilməsi silsiləsində son hadisə olub.

“ABŞ bu cür zəfər anlarından sonra tez-tez yaranmış boşluğu doldurmağa çalışıb – minlərlə hərbçi yerləşdirib, milyardlarla dollar xərcləyib, yeni qurulan demokratiyanı dəstəkləməyə çalışıb və ya Venesuela məsələsində olduğu kimi, rəhbərsiz qalmış hökuməti hakimiyyətdə saxlayıb”, – məqalədə deyilir.

Nəşrin fikrincə, bu cəhdlər əsasən məyusluqla nəticələnib, çünki həmin ölkələr hələ də münaqişələrlə parçalanır. Onları ABŞ-nin etibarlı müttəfiqləri adlandırmaq çətindir.

Məqalədə ehtimal olunur ki, ABŞ Prezidenti Donald Tramp İrana münasibətdə tamamilə fərqli yanaşma sərgiləyir və ölkəni idarə etmək üçün Amerika qoşunlarından istifadə etmək niyyətində olmadığını bildirir. Bunun əvəzinə Ağ Evin rəhbəri məsuliyyəti İran xalqının üzərinə qoymağa çalışır.

“Biz işimizi bitirəndə ölkənizdə hakimiyyəti ələ keçirin. O sizin olacaq. Bu, çox güman ki, yeganə fürsətiniz olacaq”, – D.Tramp fevralın 28-də deyib.

Nəşr vurğulayır ki, D.Trampın əvvəlcə bombardman edib, sonra isə İranda baş verəcək hadisələrdən kənarda qalmaq meyli ABŞ-nin müttəfiqlərində narahatlıq doğurub.

Yaxın Şərq və Avropadakı təhlükəsizlik xidmətlərinin nümayəndələri ABŞ-nin addımlarının qlobal ticarəti poza biləcəyindən və cavab olaraq asimmetrik terror hücumlarına səbəb ola biləcəyindən narahat olduqlarını bildiriblər, üstəlik, qalan islamçı radikalların sonda hakimiyyəti qoruyub saxlamayacağına dair heç bir əminlik yoxdur.

D.Trampın uzunmüddətli tərəfdarı olan senator Lindsi Qrehem isə ABŞ-nin hər hansı plan hazırlamasına ehtiyac olmadığını bildirib.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 488 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 488 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 488 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 488 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 488 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 488 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 488 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 488 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 488 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 488 baxış
Seçilmişlər
icon