İranla nüvə məsələlərində razılaşmaq istərdim | Trampdan Tehrana mesaj
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən İranla nüvə məsələsində razılaşmaq istərdim, çünki bunu bombalamaqdan üstün tuturam”.
Bunu ABŞ Prezidenti Donald Tramp “The New York Post”a müsahibəsində deyib.
Onun sözlərinə görə, belə bir razılaşma əldə olunarsa, İsrail İrana hücum etməyəcək. Bununla belə, Tramp potensial danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib.
Ağ Ev rəhbəri ümid edir ki, İran hazırkı planlarından əl çəkəcək. “Onlara sövdələşməyə hazır olduğumu söyləyəcəyəm”, – deyə Tramp bildirib.
Razılaşmanın müqabilində İrana konkret nə təklif edəcəyi sualına isə Tramp belə cavab verib: Çox sərt olduğu üçün deyə bilmərəm. Amma mən onları bombalamayacağam”.
Rəsmi Tehran isə ABŞ-nin təzyiqi şəraitində Vaşinqtonla danışıqlar aparmağı məqsədəuyğun hesab etmir. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Zəif mövqedən danışıqlar əsl danışıqlar deyil. Bu, təslim olmaqdır. Biz heç vaxt belə şəraitdə danışıqlar aparmayacağıq”, – deyə nazir bildirib.
O əlavə edib ki, Tehran heç vaxt dialoqdan imtina etməyib, lakin ABŞ-nin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ilə bağlı hərəkətləri göstərib ki, Vaşinqtona etibar etmək olmaz.
O izah edib ki, İran eyni zamanda dialoq apararkən yeni sanksiyalar tətbiq edən ölkə ilə danışıqlara getməyəcək.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
