İranlı aktyordan Pezeşkianla bağlı qəribə paylaşım
Yeniliklərdən dərhal xəbərdar olun
İranlı aktyor Rza Kianian Məsud Pezeşkiandan geyim tərzini dəyişməsini, gödəkçə geyinməyi dayandırmasını xahiş edib.
Rza Kianian bu haqda öz sosial media hesabında paylaşım edib.
“Sizdən xahiş etmək istəyirəm ki, o gödəkçənin yerinə pencək geyinəsiniz. Gödəkçələr yay üçün uyğun deyil, “gödəkçələr”lə , Əhmədinejadın geyim tərzini nəzərdə tuturam, bağlı heç yaxşı xatirələrimiz də yoxdur”, – o qeyd edib.
Aktyor M.Pezeşkianın yaxın aylarda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfərinə toxunaraq bildirib:
“Siz bir millətin şərəfisiniz. Siz artıq yalnız özünüz deyilsiniz. Qoy biz də, dünya da sizin görünüşünüzə heyran qalaq”.
O, İran Prezidentinin xarici görünüşünü “dünyanın diqqətini cəlb etmək” üçün təsirli hesab etdiyini deyib.
“Yaxşı tikilmiş kostyum, uyğun ayaqqabı, uyğun corab və dəbli saç düzümü olsun. Yaxşı geyinmək sadəcə gözəl görünüş deyil. Bu, bir fəlsəfədir”, – aktyor vurğulayıb.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
