İranlı rəssamdan Danimarkada Qurana qarşı iyrənc hərəkət
Yeniliklərdən dərhal xəbərdar olun
Danimarkanın paytaxtı Kopenhagendə müqəddəs “Qurani-Kərim”ə qarşı növbəti dəfə təxribat törədilib.
İranlı rəssam Firuzə Bəzrəfkən ölkəsinin Danimarkadakı səfirliyi qarşısında “Quran” kitabını parçalayıb və daha sonra parçaları rəndədən keçirib.
F.Bəzrəfkən aksiya zamanı "Qadın", "Həyat" və "Azadlıq" şüarları səsləndirib. Onun sözlərinə görə, məqsədi İranda müqəddəs kitabın şərtlərinə etiraz etmək və qadınların hüquqlarının kəskin şəkildə pozulduğunu vurğulamaq olub.
Qeyd edək ki, son dövrlərdə İsveç və Danimarkada “Quran”ın nümayişkaranə yandırılması aksiyaları baş tutub. Hadisə ilə əlaqədar bir sıra müsəlman ölkələrində etiraz aksiyaları keçirilib. Danimarka hökuməti “Quran”ın yandırılmasını qadağan etmək üçün hərəkətə keçib.
#Danimarka teqi istifadə olunub
- Ev tapşırığı yoxdur, təhsil pulsuzdur | Çoxlarının arzusunda olan bu ölkədə həyat necədir?
- Kiyevə 15 min uzaqmənzilli artilleriya sursatı veriləcək
- Danimarkada tez-tez baş verən qatar qəzalarının səbəbi nədir?
- Danimarkanın Baş nazirindən adanın gələcəyi ilə bağlı açıqlama
- "İşıqlı qaçış" festivalına yüzlərlə sakin qatıldı
