İranlı vətəndaş cəmiyyətinin fəalları ölkə rəhbərliyinə çağırış etdi | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
İranlı vətəndaş cəmiyyətinin fəalları ölkə rəhbərliyinə və beynəlxalq ictimaiyyətə sensasiyalı müraciət ünvanlayıblar.
Onlar nüvə proqramının dayandırılması və İsraillə dağıdıcı müharibəyə dərhal son qoyulmasını tələb ediblər.
Fəallar yayımladıqları bəyanatda İranın ərazi bütövlüyünün və xalqın suveren hüquqlarının qorunmasının vacibliyini vurğulayıblar.
“Uranın zənginləşdirilməsi İran xalqının prioriteti deyil. Biz ölkəmizin və xalqımızın rejimin ambisiyalarına qurban verilməsinə qarşıyıq”, – deyə bəyanatda bildirilir.
Bəyanat müəllifləri həmçinin İran hökumətini daxili və xarici böhranları idarə etməkdə bacarıqsızlıqda ittiham edib, onun istefasını və ölkədə demokratik keçidə başlanmasını tələb ediblər.
Fəallar Birləşmiş Millətlər Təşkilatını və beynəlxalq ictimaiyyəti çağıraraq İran İslam Respublikasını uranın zənginləşdirilməsini dayandırmağa, İsrail və İranı isə infrastruktur obyektlərinə hücumları və dinc əhalinin öldürülməsini dərhal dayandırmağa məcbur edəcək addımlar atmağa səsləyiblər.
#Birləşmiş Millətlər Təşkilatı (BMT) teqi istifadə olunub
- BMT münaqişə zonalarında uşaqların vəziyyətindən narahatdır
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
- İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- Ərzaq problemi daha da dərinləşir | BMT həyəcan təbili çalır - Baku TV CANLI
