İrəvan arzusuna çatdı | Bu ölkə Ermənistana yeni silahlar göndərəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Hindistandan əlavə ATAGS 155 mm-lik artilleriya qurğuları almaqda maraqlıdır”.
Bunu Hindistan Müdafiə Araşdırmaları və Analizləri İnstitutunun baş direktoru Sucan Çinoy deyib.
“ATAGS Hindistanda istehsal olunan çoxmanevrli qurğulardır və olduqca uğurludur. Erməni tərəfi bu qurğuların yarısını alıb və bundan razı qalıb”, – S.Çinoy bildirib.
Baş direktor Hindistanın İrəvana artıq 40 milyon dollar dəyərində olan “Svati” radiolokasiya komplekslərini tədarük etdiyini xatırladıb və bildirib ki, Ermənistan dəyəri təxminən 250 milyon dollar olan “Pinaka” çoxlüləli raket buraxılış qurğularına maraq göstərib.
Qeyd edək ki, Ermənistanın Hindistandan 2022-ci ildə 155 milyon dollarlıq ATAGS artilleriya sistemlərini sifariş etdiyi barədə məlumat yayılmışdı. Həmin sistemlərin ilk partiyası ötən ilin avqustu Ermənistana gətirilmişdi.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
