İŞİD-dən qandonduran etiraf | Moskvadakı terrorun detallarını bir-bir açıqladılar
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya tarixinə 20 ilin ən dəhşətli terroru kimi adını yazdıran “Crocus City Hall” teraktının hansı qüvvələr tərəfindən həyata keçirildiyi hələ də rəsmi olaraq bəlli deyil.
Versiyalar fərqlidir. Rusiya tərəfi bu hadisələrə görə dolayı yolla Ukraynanı təqsirkar bilsə də, ABŞ sözügedən hücumda İŞİD terror təşkilatının adını hallandırır. Elə sözügedən silahlı qruplaşma özü də “hadisəni biz törətdik” deyə dünyaya car çəkir.
Bundan başqa, İraqın rəsmi qəzeti olan “Əl Naba” da yeni buraxılışında xüsusi yeri İŞİD-in etirafına ayırıb. Məlumatda bildirilib ki, terror təşkilatının üzvləri tərəfindən “Crocus City Hall”dakı hadisə 2 hissəli planlaşdırılıb.
Adı açıqlanmayan, amma İŞİD-lə əlaqəsi olan şəxsin etirafını təqdim edirik:
“Biz bu terroru 2 hissəli planlaşdırdıq. Birinci hissə uğurla yekunlaşdı. Bina yandırıldı, insanlar qətlə yetirildi. İkinci hissədə biz Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarını öldürməli idik. Amma əfsus ki, nə isə yolunda getmədi. Silahlarımız və gücümüz yetərsiz oldu. Ona görə də terakdan sonra ərazidən uzaqlaşmalı olduq”.
Xatırladaq ki, “Crocus City Hall”da terror aktı martın 22-də baş verib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
