İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirildi | 100-ə yaxın şəxs saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin 17 vilayətində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 89 şübhəli saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
A.Yerlikaya sosial media hesabında qeyd edib ki, Antalya, Batman, Denizli, Elazığ, Eskişehir, Qaziantep, Hatay, İstanbul, Kahramanmaraş, Kırıkkale, Kilis, Malatya, Osmaniyə, Sakarya, Şanlıurfa, Van və Yozqatda İŞİD terror təşkilatı tərkibində fəal olduqları müəyyən edilən şübhəlilərə qarşı əməliyyat keçirilib.
A.Yerlikaya prosesin koordinasiyasını həyata keçirənləri təbrik edib.
"Terrora qarşı birlik və həmrəylik bizim ən böyük gücümüzdür. Xalqımızın əmin-amanlığını və təhlükəsizliyini təmin etmək üçün əməliyyatlarımızı fasiləsiz davam etdiririk", ‒ deyə Türkiyənin daxili işlər naziri bildirib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
