Pleyeri seçin:

İslam Kərimovun qızına qarşı ağır ittihamlar: Gülnar Kərimovanın qanunsuz işləri

29 sentyabr 2023 201 baxış

İsveçrə Federal Prokurorluğu Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın işi üzrə ittihamları məhkəməyə göndərib.

O, cinayət təşkilatında iştirakda, xarici məmurlara rüşvət verməkdə və çirkli pulların yuyulmasında ittiham olunur.

“Podrobno.uz” saytı xəbər verir ki, bu barədə sentyabrın 28-də İsveçrənin nəzarət orqanı məlumat yayıb.

İttihama görə, Kərimova və Rusiyanın telekommunikasiya şirkətinin keçmiş icraçı direktoru həm İsveçrədə, həm də digər ölkələrdə fəaliyyət göstərən cinayətkar təşkilatın üzvləri olublar.

Prokurorluğun məlumatına görə, ən azı 2001-ci ildən 2013-cü ilə qədər Kərimova onlarla insanın və çoxlu şirkətlərin daxil olduğu “Ofis” adlı cinayət təşkilatı yaradıb və ona rəhbərlik edib. Özbəkistanda telekommunikasiya sahəsinə daxil olmaq istəyən xarici təşkilatlar Kərimova ilə əlaqəli şirkətlərə rüşvət verməli olublar.

İttihama görə, təşkilat 2005-ci ildən İsveçrədə fəaliyyət göstərib. İsveçrə Federal Prokurorluğu tərəfindən araşdırma 2012-ci ildə başlayıb. İstintaq zamanı daşınmaz əmlak, nağd pul və zinət əşyaları da daxil olmaqla 780 milyon İsveçrə frankı dəyərində aktivlər müsadirə edilib.

Oxşar ittihamlar Kərimovaya qarşı Böyük Britaniyada da səslənib. Ölkə hakimiyyəti onun dəyəri 20 milyon funt sterlinqdən çox olan əmlakını – Londonun Belqraviya bölgəsindəki iki mənzilini və Surreydəki malikanəsini müsadirə edib.

London məhkəməsi belə qənaətə gəlib ki, bütün bu əmlak cinayət yolu ilə əldə edilən gəlirlə, daha doğrusu, telekommunikasiya şirkətlərindən Özbəkistan bazarına daxil olmaqda köməklik məqsədilə rüşvət hesabına əldə edilib. Britaniya hakimiyyəti Gülnarə Kərimovanın iki mənzilini və malikanəsini müsadirə edib.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 201 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 201 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 201 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 201 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 201 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 201 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 201 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 201 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 201 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 201 baxış
Seçilmişlər
icon