Dünya
Pleyeri seçin:
İslamı tənqid edən partiya liderinə qarşı hədə
Niderlandda İslamı sərt tənqid edən partiya lideri ölümlə hədələnib.
Amsterdam polisi ifrat sağçı Azadlıq Partiyasının lideri Qert Vildersə sui-qəsd niyyətində olan şəxsi saxlayıb.
Bu barədə siyasətçi sosial şəbəkədəki səhifəsində yazıb.
“Bu həftə sonu məni öldürməklə hədələyən bir adamı saxlayan Amsterdam polis bölməsinə çox təşəkkür edirəm”, – deyə Qert Vilders bildirib. Məlumata görə, polis həmin şəxsin həbs olunduğunu təsdiqləyib. Məhkəmə istintaq dövrü üçün qabaqlayıcı tədbirlər haqqında qərar verməlidir.
Qeyd edək ki, İslamı və müsəlmanları sərt tənqid etdiyinə görə Qert Vilders daim təhdidlər alır və gecə-gündüz polisin xüsusi mühafizəsi altında olur.
Kopyalandı
Seçilmişlər