İsmayıl Haniyəyə hücum İran üçün... | Bəhməneşdən təcili açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Məsud Pezeşkianın seçki qərargahının rəhbəri Əli Əkbər Bəhməneş İsmayıl Haniyənin öldürülməsindən danışıb.
“The New York Times” qəzeti “İranın Yaxın Şərq böhranını artıran cavab riski variantları” başlıqlı məqaləsində iranlı siyasətçi, ölkə prezidenti Məsud Pezeşkianın seçki qərargahının rəhbəri Əli Əkbər Bəhməneşdən sitat gətirərək yazıb:
“İsmayıl Haniyəyə edilən hücum İranın bölgədəki mövqeyinə vurulmuş böyük bir şillə idi. HƏMAS rəhbərinə sui-qəsd ölkəmizi alçaldıb və İranın bütün təhlükəsizlik sistemini sarsıdıb”.
İslahatçı siyasətçiyə görə, baş verən hücum Tehranın strukturunda ciddi boşluqların olduğunu göstərib.
Qəzetdə qeyd olunub ki, Beynəlxalq Böhran Qrupunun İran layihəsinin rəhbəri Əli Vaez terror aktı ilə bağlı deyib: “Bu hücum İranın yeni prezidentinin fəaliyyətinin ilk günündə böhran yaradıb”.
#İsmayıl Haniyə teqi istifadə olunub
- Haniyə və Nəsrullahın qanına əli bulaşan ikiüzlü İran mollalarına sərt mesaj | Ağıllı olun
- İsrail telekanalından Haniyənin sui-qəsdi ilə bağlı sensasiyalı məlumat
- Haniyənin ölümünə səssiz qalan İran Nəsrullahın qisasını alacaq? | Pezeşkian üçün kritik qərar
- İran və İsrail müharibə apara bilməz, çünki... | ABŞ ilə gizli razılaşma var?
- İran Prezidentindən İsrailə cavab | Qisas alınacaq
