İspaniyada fermerlər ayağa qalxdı | Etirazçılardan qeyri-adi təklif
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyada fermer etirazlarını təşkil edən ictimai hərəkat üzvləri nümayişlərin istiqamətinin dəyişdirilməsi ilə bağlı maraqlı fikirlər irəli sürüblər.
Onlar iğtişaşlara heyvanların da cəlb olunmasını təklif ediblər.
"Bu gündən etibarən heyvanlar İspaniyanın yollarında gəzəcək", – deyə hərəkatın nümayəndəsi Xayme de Pena bildirib.
Bundan əlavə, nümayəndə fermerlərin traktorlarla keçirdiyi etirazlar zamanı polisin güc tətbiq etməsinə də qarşı çıxıb. O, əmrlərin bilavasitə İspaniya Daxili İşlər Nazirliyindən verildiyini də bildirib.
“Demokratik ölkədə buna yol vermək olmaz” deyən Xayme de Pena nümayişlər zamanı 60 nəfər zərərçəkənin yerli və Avropa məhkəmələrinə müraciət edəcəyini vurğulayıb.
Xatırladaq ki, İspaniyada fermerlərin etirazları fevralın 6-da başlayıb. Nümayişlər nəticəsində onlarla etirazçı saxlanılıb. Onlar sektorun düşdüyü çətin vəziyyətə diqqət çəkməklə yanaşı, Avropanın kənd təsərrüfatı siyasətinə də qarşı çıxıblar.
#İspaniya teqi istifadə olunub
- Azərbaycan XİN İspaniyada baş verən qatar faciəsi ilə bağlı başsağlığı verib - Baku TV
- Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI
- Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb
- İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI
- Madriddə minlərlə insan pensiya sisteminin özəlləşdirilməsinə qarşı çıxıb
