Pleyeri seçin:

İsrail ABŞ-nin heç kimdə olmayan silahları ilə İranı vuracaq? - Trampdan mesaj

11 fevral 2025 247 baxış

“İran hökuməti çox narahatdır, qorxur və mümkün hərbi hücumun qarşısını almaq üçün razılaşma axtarır”.

Bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib.

“Düşünürəm ki, İran çox narahatdır və hətta qorxur, çünki onun müdafiə sistemi demək olar ki, məhv edilib. Ola bilsin ki, onlar yeni müdafiə sistemləri əldə etməyə çalışırlar, lakin hələlik onların hava hücumundan müdafiə vasitələri əsasən məhv edilib. İran çox çətin anlar yaşayıb və ağır zərbələrə məruz qalıb”, – o əlavə edib.

Tramp bir daha bildirib ki, Əli Xamenei və İranın başqa rəsmilərinin açıq müqavimətinə baxmayaraq, bombardman etmək əvəzinə, İranla yeni razılaşma əldə etməyə üstünlük verir.

ABŞ Prezidenti İranla razılığa gəlməyin mümkün olduğunu söyləyib:

“Ordumuzu yenidən qurduq. Bizim heç kimdə olmayan silahlarımız var. Hamı elə fikirləşir ki, İsrail bizim köməyimizlə və ya razılığımızla İranı bombalayacaq, ancaq mən bunun baş verməməsinə üstünlük verirəm. İstərdim ki, İran heç vaxt nüvə silahı əldə etməsin deyə nüvə obyektlərini təftiş, monitorinq etmək imkanı verən saziş əldə edilsin.

İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz və onu dayandırmağın iki yolu var: bomba və ya kağız parçası ilə. Mən onlara zərər verməyəcək bir müqavilə bağlamağı üstün tuturam. Düşünürəm ki, onlar da bunu istərdilər”.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 247 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 247 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 247 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 247 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 247 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 247 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 247 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 247 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 247 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 247 baxış
Seçilmişlər
icon