Pleyeri seçin:
İsrail atəşkəşə razılıq verdi | Müharibədə ölənlərin sayı açıqlandı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzza zolağında eskalasiya başlayandan bəri 27 019 fələstinli həlak olub.
Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb. 66 139 fələstinlinin isə yaralandığı qeyd olunur.
Bu arada, İsrail rəhbərliyi Qəzza zolağında atəşkəs şərtləri ilə razılaşdığını bildirib. Bu barədə Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd Əl-Ənsari bildirib.
Qətər həmçinin Fələstinin HƏMAS hərəkatından razılaşmanın şərtlərinin ilkin müsbət təsdiqini alıb.
Qeyd edək ki, yanvarın 28-də Qətər, ABŞ və Misirin İsraillə HƏMAS arasında müvəqqəti atəşkəsə dair razılaşmanın hazırlanmasını bitirdikləri məlum olub. Razılaşma 2 mərhələdən ibarətdir və Qəzza zolağında 2 ay müddətində atəş dayandırılacaq.
Kopyalandı
#İsrail-Fələstin münaqişəsi teqi istifadə olunub
- İsrail ilə Fələstin müqavimət dəstələri arasında şiddətli toqquşmalar yenidən başlayıb - Baku TV
- İsrail İordan çayının qərbini tam ələ keçirmək istəyir? - 24 SAAT
- “İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq” | Ceyhun Bayramov
- Bu il Yaxın Şərqdə gərginlik daha da dərinləşəcək?
- İsrail-”Hizbullah” atəşkəsi sona çatdı?
