İsrail girovluqdan azad edilənlərlə bağlı dəhşətli faktlar açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu yaxınlarda Qəzzada girovluqdan azad edilənlərə HƏMAS tərəfindən trankvilizator həbləri verilib”.
Belə bir faktla Knessetin komitə iclasında Səhiyyə Nazirliyinin nümayəndəsi çıxış edib. Bildirib ki, bu tip həblərin girovlara verilməsində məqsəd 50 gündən çox fiziki və psixoloji zorakılığa məruz qaldıqdan sonra onların sakit və xoşbəxt görünməsini təmin etmək idi.
Səhiyyə Nazirliyinin tibb şöbəsinin rəhbəri doktor Həcər Mizrahi dərmanı xüsusi olaraq “Klonazepam” adlandırıb. İsraildə “Clonex” kimi tanınan və başqa yerlərdə “Klonopin” və “Rivotril” markaları adı altında satılan bu həblər anksiyete pozğunluğu, qıcolmalar, bipolyar maniya, psixozla əlaqəli həyəcan və qorxunun qarşısını almaq və müalicə etmək üçün istifadə olunur.
Nazirliyin nümayəndəsi girovluqdan azad edilən insanların qanında bu narkotik vasitənin izlərinin aşkar edildiyi faktını təsdiq edib.
Girovlar özləri də onlara həblərin verildiyini, bədənlərinə məhlulların vurulduğunu etiraf ediblər.
İsrail Səhiyyə Komitəsinin sədri qeyd edib ki, bu faktların dünyaya çatdırılması olduqca vacibdir.
#İsrail teqi istifadə olunub
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
