İsrail-HƏMAS qarşıdurması daha da şiddətləndi: həlak olanların sayı artdı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail-HƏMAS toqquşması nəticəsində həlak olanların sayı durmadan artır.
Hərbi qruplaşmanın oktyabrın 7-dən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1400-ə çatıb, 4475 İsrail vətəndaşı isə yaralanıb. Ərazidə ümumilikdə 1300-dən çox bina yerlə-yeksan olub. Toqquşma nəticəsində həyatını itirən 8 nəfər azərbaycanəsillidir.
Fələstinin Səhiyyə Nazirliyi isə İsrailin Qəzzaya endirdiyi cavab zərbələri nəticəsində həlak olan fələstinlilərin sayının 3 mini keçdiyini açıqlayıb. Qurumdan verilən məlumata görə, oktyabrın 7-dən hava hücumları və reydləri nəticəsində Qəzza zolağında 3478 nəfər ölüb, 12000-dən çox yaralı var.
Yaralanan azı 4800 nəfərin müalicə almaq imkanı yoxdur. Yüzlərlə insan hələ də dağıntılar altında qalıb. Müharibə 433 ailəyə ciddi təsir edib.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
