İsrail ittiham edildi: girovlarla bağlı razılaşma pozulur?
Yeniliklərdən dərhal xəbərdar olun
HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları İsrail tərəfi atəşkəs razılaşmasının şərtlərinə əməl edənə qədər ikinci qrup israilli girovların azad edilməsini təxirə salıb.
Bu barədə təşkilatın “Telegram” kanalında verdiyi bəyanatda deyilir.
HƏMAS Siyasi Bürosunun rəhbərinin media üzrə müşaviri Taher əl-Nunu “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib ki, İsrail Qəzza zolağında atəşkəs razılaşmasını dəfələrlə pozub. Onun sözlərinə görə, israillilər yük maşınlarının ölkəyə girişi ilə bağlı müqavilənin müddəalarına da əməl etmirlər.
Qeyd edək ki, tərəflər arasında müvəqqəti atəşkəs razılaşması noyabrın 24-də səhər saatlarında qüvvəyə minib. Həmin gün girovların ilk partiyası azad edilib.
Beləliklə, Qırmızı Xaç Qəzza zolağından 24 əsirdən ibarət qrupun azad edildiyini təsdiqləyib. Onların arasında 12 israillidən əlavə, 12 Tailand vətəndaşı da var.
Öz növbəsində Qətər Xarici İşlər Nazirliyi İsrail həbsxanalarından 39 fələstinli qadın və uşağın azad edildiyini təsdiqləyib.
#İsrail teqi istifadə olunub
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
- Baş nazir ilk danışığını İtamar Ben-Qvir ilə aparıb
- İsraildə parlament seçkilərinə xarici müdaxilə ehtimalı yoxlanılır
- İsraildə və ABŞ-də seçkilər Qəzzaya təsir edəcək? - Baku TV
