İsrail-Livan arasında gərginlik davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqdə İsrail və Livan arasındakı hərbi gərginlik kritik həddə davam edir. İsrail Ordusu Livan ərazisinə hava hücumlarını bərpa edərək, əvvəllər əldə edilmiş atəşkəs razılaşmasını pozub. Məlumata görə, İsrail qüvvələri Livanın cənub və şərqində yerləşən Nəbətiyyə, Baalbək və digər vilayətləri PUA-lar və döyüş təyyarələri ilə hədəfə alıb. Bu hücumlar "Hizbullah" hərbi qruplaşmasına qarşı yönəlib. İsrailin bu addımı regionda genişmiqyaslı müharibə təhlükəsini yenidən gündəmə gətirib. Xüsusilə Livan-İsrail sərhədində tanklar və zirehli texnika cəmləşdirildiyi bildirilir. ABŞ Dövlət Departamenti baş verənlərdən narahatlığını ifadə edərək, yeganə həll yolunun diplomatik vasitələr olduğunu vurğulayıb. Mülki və hərbi itkilərlə müşahidə olunan bu eskalasiya regionda dayanıqlı sülhün əldə olunması üçün maneə törədir
#Livan Respublikası teqi istifadə olunub
- İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb | Tutucu raket buraxılıb - Baku TV
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna növbəti dəfə aviazərbələr endirib
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- "Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV
