İsrail Livana hücum xəbərdarlığını etdi, məqsədini də açıqladı | Netanyahunun yeni mövqeyi
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Ordusu Livanın paytaxtı Beyruta hücum edib. Aviazərbələrin hədəfi şəhərin cənub rayonları olub. İyunun 5-də edilən hücumdan sonrakı dağıntılarla bağlı görüntülər iyunun 6-da yayılıb.
Qeyd edək ki, İsrail bu hücum barədə əvvəlcədən xəbərdarlıq edib. Məqsəd “Hizbullah”a aid mövqelərin məhv edilməsidir. Mülki obyektlərdə silahlıların yerləşdirilməsi ilə bağlı ittihamları rədd edən “Hizbullah” isə son hücuma münasibət bildirməyib.
Bununla yanaşı, İsrail HƏMAS-a qarşı əməliyyatları davam etdirir. Bu ölkənin Baş naziri Benyamin Netanyahu yeni taktika barədə danışıb. Belə ki, Qəzza zolağındakı bəzi klanlar HƏMAS-a qarşı istifadə olunur.
“HƏMAS ilə mübarizə aparan klanların İsrail tərəfindən idarə olunmasında pis heç nə yoxdur. Bu, əsgərlərimizin həyatını xilas edəcək. Aviqdor Libermanın bu əməkdaşlığı tənqid etməsi həm yersiz, həm də HƏMAS üçün məlumat sızmasıdır”, ‒ deyə B.Netanyahu bildirib.
Qeyd edək ki, mediada İsrailin Rəfahdakı böyük klanlardan birinin rəhbəri Yasir Əbu Şəbabı silahla təchiz etməsi ilə bağlı məlumat yayılıb.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
